2025-ci il iyulun 1-nə manatın dövretmə sürəti 3,37 bənd olub.
“Sosialmedia.az“in AMB-yə istinadla verdiyi məlumata görə, bu göstərici iyunun 1-i ilə müqayisədə 0,01 bənd artıb. İlin əvvəlinə nisbətən 0,08 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,02 bənd azalıb.
Son 20 ildə ən aşağı göstərici 2015-ci ilin yanvarında – devalvasiya ərəfəsində qeydə alınıb (2,68 bənd). Ən yüksək dövretmə sürəti isə 2005-ci ildə müşahidə olunub – 15,72 bənd.
28 views