2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz sudaboğulma hadisələri ilə bağlı müraciətlərin sayı açıqlanıb.
Bu barədə Sosialmedia.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Sumqayıt da daxil olmaqla, Qəbələ, Zaqatala, İmişli, Ağdaş, Saatlı üzrə sudaboğulma ilə bağlı müraciətlər qeydə alınıb. Müraciətlər əsasında 4 nəfər tibb müəssisələrinə təxliyə edilib. 1 nəfərə yerində yardım göstərilib. 6 nəfərin isə (5-i kişi, 1-i qadın cinsli olmaqla) sudaboğulma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Bakı şəhəri üzrə 11 nəfər sudaboğulma diaqnozu ilə tibb müəssisələrinə təxliyə olunub. 3 nəfərə isə yerində tibbi yardım göstərilib. 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
36 views