Sosialmedia.az

Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdı

Prezident İlham Əliyev Azərbaycan və Ermənistan xalqlarının tarixin qaranlıq səhifəsini çevirə və sülh şəraitində yaşaya biləcəklərinə ümidvar olduğunu bildirib.

“Sosialmedia.az” xəbər verir ki, o, bunu Vaşinqtonda ABŞ və Ermənistan liderləri ilə görüşdə çıxışı zamanı deyib.

“Prezident Tramp Cənubi Qafqaza sülh gətirdi və buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan barışmaq üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlar da barışacaqlar. Biz qarşıdurma, konfrantasiya və qan tökülməsi olan səhifəni çevirib uşaqlarımıza parlaq və təhlükəsiz gələcəyi təmin edəcəyik. Ona görə də bu gün çox xoşbəxtəm, çünki biz böyük bir tarix yazırıq. Bir daha, cənab Prezident, bizim üçün, regionumuz və bütün dünya üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm”, – Azərbaycan Prezidenti qeyd edib

13 views