Avroviziya” təmsilçilərimizdən olan Aysel Teymurzadə ilk dəfə uzun fasilədən sonra səhnəyə qayıtması ilə bağlı təəssüratlarını bölüşüb.
Sosialmedia.az xəbər verir ki, fotolarını izləyiciləri ilə bölüşən Aysel hər kəsə təşəkkür edib:
“Geri qayıtmaq həyəcanlıdır. Amma sizinlə bu qorxulu deyil! Sevginiz üçün təşəkkür edirəm – o qədər ürəyimə istilik gətirdi ki, bunu hər baxışınızda, mesajlarınızda, alqışlarınızda hiss etdim. Məni dinləyən, gözləyən, inanan və unutmayan hər kəsə minnətdaram. Mənim dönüşüm sadəcə səhnəyə atılan addım deyil. Bu, özümə atdığım addımdır. Və sizə! Sonsuz təşəkkürlər, sevgi ilə”.
Qeyd edək ki, Aysel uzun fasilədən sonra ilk dəfə “Dream Fest”də səhnəyə çıxıb.
15 views