Bakıda qadın dənizdə batıb.
Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsində qeydə alınıb.
Paytaxt sakini 62 yaşlı Ziyafət Əzimxan qızı İsmayılova çimərlikdə boğulub. Axtarışlardan sonra onun meyiti sudan çıxarılaraq, təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
35 views