Rezidenturaya ixtisas seçiminin vaxtı məlum oldu

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 13-dən 17-dək aparılacaq.

Sosialmedia.az Metbuat.az a istinadən xəbər verir ki, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya komissiyasına 12 avqust saat 10:00-dan 13 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.

26 views