Sosialmedia.az

SDU tələbəsinin məqaləsini xarici professor BƏYƏNDİ

Sumqayıtın ali təhsil ocağında oxuyan tələbənin  məqaləsi Oksford Universitetinin professorunun rəsmi səhifəsində dərc edilib.

Sosialmedia.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi Əli Mehrəlizadənin elmi məqaləsi, Oksford Universitetinin tanınmış riyaziyyat professoru Tom Crawford tərəfindən təşkil olunan Beynəlxalq “Tom Rocks Maths Essay Competition 2025” müsabiqəsində seçilərək, onun rəsmi səhifəsində yayımlanıb.

Qeyd edək ki, Əli Mehrəlizadənin təqdim etdiyi məqalə, 220 seçilmiş yazıdan biri kimi “Group X” bölməsində yer alıb və elmi ictimaiyyətə açıq şəkildə nümayiş etdirilib.

Tələbəni təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırıq!

24 views