Ana Vətən” seçkiyə 12 namizədlə qatılır

“Ana Vətən” Partiyasının İdarə heyəti Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin buraxılması və 2024-cü il sentyabrın 1-nə növbədənkənar parlament seçkilərinin təyin edilməsinə dair Sərəncamına uyğun olaraq seçkilərdə iddiaçı olan namizədlərin siyahısını təsdiq edib.

Bu barədə Sosialmedia.az-a “Ana Vətən” Partiyasının seçki qərargahından məlumat verilib.

Bildirilib ki, partiyanın İdarə Heyətinin qərarı ilə çoxsaylı iddiaçılar arasından 12 nəfərin növbədənkənar parlament seçkisində iştirakı məqsədəuyğun hesab olunub.

 

181 views