Qalatasaray” ötən mövsümün ulduzunu transfer edir

Qalatasaray” “Mançester Yunayted”in futbolçusu Antonini transfer etmək üçün hərəkətə keçib.

Sosialmedia.az  Metbuat.az a istinaden xəbər verir ki, ötən mövsüm icarə əsasında “Betis”də çıxış edən futbolçunun özü də Çempionlar Liqasında çıxış edən klublardan birində oynamaq istəyir. Məlumata görə, futbolçu əsas heyətdə yer alacaq kluba transfer olmaq istəyir. Bildirilir ki, “Qalatasaray” futbolçunun şərtlərini qarşılaya bilər.

Qeyd edək ki, Antoni ötən mövsüm “Betis”in heyətində 26 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Betis”dəki karyerası uğurlu alınıb.

16 views