Sosialmedia.az

Sumqayıtda içməli suda NÖQSAN TAPILDI

Sumqayıtda içməli su istehsalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, İnşaatçılar qəsəbəsi, D.Bünyadzadə küçəsi 31B ünvanında fəaliyyət göstərən Bəylər Abas oğlu Əzizova məxsus müəssisədə 19 litrlik sudan nümunə götürülüb.

Məlum olub ki, müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmayıb, havalandırma sistemi quraşdırılmayıb, həmçinin müvafiq təmizlik işləri görülməyib. Bundan başqa, sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar aşkarlanıb.

Müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub.

35 views