Sosialmedia.az

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi gənclərlə əməkdaşlığa başlayıb

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib ki, Birlik gənclərin irəli çəkilməsinə, onların təşəbbüslərinə dəstək göstərməyə hər zaman hazırdır.

Sosialmdia.az xəbər verir ki, onun sözlərinə görə, gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda formalaşması və ictimai fəaliyyətlərdə aktiv iştirak etməsi təşkilat üçün prioritet məsələlərdəndir:

“Bizim borcumuz gənclərin özünü inkişaf etdirməsinə, cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə dəstək olmaqdır. Bu istiqamətdə yeni əməkdaşlıq müqaviləsinin müzakirəsini aparmışıq və inanırıq ki, uzunmüddətli əməkdaşlıq qurulacaq,” – deyə Tünzalə Abduləlimova vurğulayıb.

Birliyin rəhbəri qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində gənclərin layihələrə cəlb edilməsi, onların sosial təşəbbüslərinin dəstəklənməsi və şəhid ailələri ilə bağlı fəaliyyətlərdə iştirakının təşviqi nəzərdə tutulur.

12 views