19 avqust 2025-ci il Romada, Kolizeydə ekskursiya zamanı 56 yaşlı bələdçi Giovanna Maria Giammarino huşunu itirərək vəfat edib. Hadisə zamanı hava +31°C olub, ölüm ehtimalı infarktdır.
Sosialmedia.az xəbər verir ki, bu faciə İtaliyada məşhur attraksionların yay iş saatlarının dəyişdirilməsi məsələsini gündəmə gətirib. Dünya Turist Bələdçiləri Assosiasiyaları Federasiyası artıq iyunda isti hava şəraitinə görə xəbərdarlıq etmişdi. Yunanıstan açıq havada işləməyə məhdudiyyət qoysa da, İtaliya buna ciddi yanaşmayıb.
İtaliya Turizm Bələdçiləri Assosiasiyası bildirir ki, peşə yüksək hazırlıq tələb etsə də, təhlükəsizlik tədbirləri yetərli deyil. Bildirilib ki, Turizm Nazirliyinin hər kəsə bələdçi olmağa icazəsi peşəkarları çətin şəraitdə işləməyə məcbur edir. İtaliya Milli Bələdçilər Federasiyası Kolizeyin açılış saatlarının 8:00-a çəkilməsini və muzey işçilərinə daha çox diqqət göstərilməsini tələb edib.
O. Əliyev
22 views