Həkimlər ABŞ-də insanın Amerika tropik ət milçəyinin sürfələri ilə ilk yoluxma halını qeydə alıblar.
Sosialmedia.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, süfrə Merilend ştatına Qvatemaladan gələn şəxsdə aşkarlanıb.
ABŞ-də insanların böcək sürfələri ilə ilk yoluxma hadisəsi haqqında məlumat ştat baytarlarına bildirilib. Bundan əlavə, oxşar məlumatlar Mal-qara İstehsalçıları Assosiasiyası tərəfindən də yayılıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin və Merilend Səhiyyə Departamentinin nümayəndələri xəbərə münasibət bildirməyiblər.
Amerika tropik ət milçəklərinin sürfələri mal-qara və digər istiqanlı heyvanların əti ilə qidalanır. Xəstəlik ilkin olaraq Mərkəzi Amerikada və Meksikanın cənubunda qeydə alınıb, bundan sonra parazitlər digər bölgələrə yayılıb.
25 views