Mehriban Əliyeva – xalqın rəğbətini qazanan humanist lider

Xalqın xoşməramlı səfiri Mehriban xanım Əliyeva

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin ictimai-siyasi, humanitar, mədəni və idman həyatında böyük xidmətləri olan Mehriban Arif qızı Əliyevanın doğum günüdür.

Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin, milli-mənəvi irsin və idmanın inkişafına verdiyi töhfələri, xeyriyyəçilik fəaliyyəti, eləcə də beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin tanıdılmasında göstərdiyi xidmətləri ilə xalqın sevgisini və rəğbətini qazanmışdır.

Onun təşəbbüsləri sayəsində ölkəmizdə sosial sahədə mühüm layihələr reallaşdırılmış, inklüzivliyin təmin olunmasına, həssas qruplardan olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial adaptasiyasına geniş dəstək göstərilmişdir. Mehriban xanım Əliyeva həmçinin qazilərə, şəhid ailələrinə, aztəminatlı ailələrə və digər həssas qruplara göstərilən diqqət və qayğı ilə dövlətin sosial siyasətinə mühüm töhfə vermişdir.

Mehriban xanımın insanpərvərliyi, mərhəməti və qayğıkeşliyi hər bir vətəndaşa doğmalıq hissi aşılayır. O, yalnız dövlət xadimi deyil, həm də xalqın ürəyinə yol tapan bir qayğı rəmzidir. Onun şəfqəti və humanist missiyası minlərlə ailənin ümid çırağına çevrilmişdir.

Sosialmedia.az olaraq Mehriban xanım Əliyevaya möhkəm can sağlığı, uzun ömür, fəaliyyətində uğurlar arzulayır, xalqa və dövlətə xidmət yolunda daim yeni nailiyyətlər diləyirik.

31 views