Barselona” lisenziya ala bilmədiyi futbolçunu “Qalatasaray”a göndərə bilər.
Sosialmedia.az metbuat.az’a istinaden xəbər verir ki, “Barselona” La Liqada oyunçuları qeydiyyata almaqda çətinlik çəkir. “Barselona” bir neçə yeni oyunçu ilə müqavilə imzalasa da, klub müdafiəçi Jerar Martin, qapıçı Voyçex Şesni və “Kopenhagen” klubundan transfer etdiyi Bardqjiyə lisenziya ala bilməyib. AS-ın məlumatına görə, inzibati gecikmələr məşqçi Hansi Flikin narazılığa səbəb olub və isveçli üçün potensial transfer nəzərdən keçirilir. Bildirilir ki, Oriol Romeunun müqaviləsi ləğv edildikdən sonra Martinin qeydiyyatı yekunlaşa bilər. Həmçinin Voyçex Şesninin qeydiyyatı qapıçı İnaki Penanın müqaviləsini yeniləməsi və icarəyə getməsi ilə bağlıdır. Lakin Bardqjinin qeydiyyat etmək üçün klub əlavə gəlir edərsə və ya hansısa oyunçunu klubdan göndərərsə mümkündür.
Qeydiyyat mümkün olmasa futbolçu müvəqqəti hansısa kluba göndərilə bilər. Bu halda oyunçunun “Qalatasaray”a transfer ola biləcəyi barədə xəbərlər dərc edilib.
25 views