Sosialmedia.az

Sarayda yaşayış kompleksi tikiləcək – 36 MİLYON MANAT

Saray qəsəbəsində genişmiqyaslı yaşayış kompleksi inşa ediləcək.

Sosialmedia.az xəbər verir ki, layihə çərçivəsində 4.5 hektar ərazidə çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri tikiləcək.

Planlaşdırılan tikinti işlərinə 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli binalar daxildir. Bundan əlavə, 14 və 15 nömrəli birmərtəbəli qeyri-yaşayış binalarının inşası da nəzərdə tutulur.

Layihənin dəyəri 36 milyon 311 min 571 manat 28 qəpikdir.

Bu layihə Saray qəsəbəsində mənzil təminatını yaxşılaşdırmaq və əhalinin yaşayış şəraitini yüksəltmək məqsədi daşıyır.

30 views