Beşiktaş”ın təntənəli şəkildə transfer etdiyi ulduz futbolçu Aleks Oksleyd-Çemberlen klubdan ayrılıb.
Sosialmedia.az Metbuat.az’a istinadən xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Məlumata görə, futbolçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Məlumata görə, klub razılığa əsasən futbolçuya 1750000 avro təzminat ödəyəcək.
Qeyd edək ki, “Beşiktaş” ingiltərəli yarımmüdafiəçi Aleks Oksleyd-Çemberleni iki il əvvəl transfer etmişdi.
30 views