Ali məktəblərin boş qalan yerlərinə bu gündən ixtisas seçimi başlayır.
Sosialmedia.az xəbər verir ki, boş qalan yerlərə ixtisas seçimi bu gündən etibarən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Qeyd edək ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
31 views