WhatsApp yeni süni intellekt əsaslı Writing Help funksiyasını təqdim edib. Funksiya istifadəçilərə mesajları müxtəlif üslublarda – peşəkar, yumoristik və dəstəkləyici şəkildə formalaşdırmağa imkan verir.
Sosialmedia.az xəbər verir ki, mətn yazıldıqdan sonra karandaş işarəsi aktivləşdirilir və AI bir neçə variant təklif edir. Sistem məxfilik qorunaraq Private Processing texnologiyası ilə işləyir və standart olaraq söndürülmüş vəziyyətdədir. Hazırda funksiya yalnız bəzi ölkələrdə və ingilis dilində əlçatandır, gələcəkdə digər dillərə də əlavə olunacaq.
Bundan başqa, WhatsApp-ın beta versiyasında səsli mesajla avtomatik cavablandırma imkanı da sınaqdan keçirilir. Bu yeniliklər WhatsApp-ı daha funksional və rahat ünsiyyət vasitəsinə çevirir, istifadəçilərə həm məxfilik, həm də düzgün üslubda yazışmaq imkanı yaradır.
35 views