Qızılın qiyməti tarixi maksimuma yüksəldi

Qızılın qiyməti tarixi maksimuma yüksəlib.

Sosialmedia.az    Metbuat.az’a istinaden xəbər verir ki, ABŞ dollarının zəifləməsi və bu ay faiz dərəcəsinin azaldılacağına dair gözləntilərin artması fonunda qiymətli metal artıq altıncı ticarət sessiyasıdır ki, bahalaşmasını davam etdirir.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.56% artaraq 3.566 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 2.54% artaraq 41.75 ABŞ dolları təşkil edib.

36 views