- Göyçay rayonunun Çayarxı kəndində illərlə kənd gənclərinin idmanla məşğul olması üçün ayrılmış futbol meydançası ətrafında qalmaqallı hadisə yaşanıb Sosialmedia.az xəbər verir ki, yerli sakinlərin iddialarına görə, kəndin sabiq Bələdiyyə sədri futbol meydançasını qanunsuz yollarla, müxtəlif saxta sənədlər əsasında rayonda fəaliyyət göstərən “KARVANSARAY” restoranının sahibi – Zamanov Raqif Gülməmməd oğluna satıb.
Futbol meydançası daş-qaş mədəninə çevrilib.
Əldə edilən məlumata görə, futbol meydançasını ələ keçirən iş adamı ərazidə qanunsuz qazıntılar aparır. Buradan çıxarılan çay daşları və şebellər isə müxtəlif alıcılara satılır.
Məsələ ilə bağlı Çayarxı kəndinin hazırkı Bələdiyyə sədri Nuriyev Əhməd Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ keçmiş Bələdiyyə sədrinə məxsusdur.
“Mən altı aydır Çayarxı, Qarabaqqal kəndlərinin Bələdiyyə sədri kimi çalışıram. Hazırda biz Çayarxı kəndinin tam mərkəzində yeni stadionun tikintisinə başlamışıq. Hətta kəndə yaxın ərazidə Olimpiya İdman Kompleksi fəaliyyət göstərir ki, kəndin camaatı da orada futbol oynayırlar. Amma, biz buna baxmayaraq yenə də kəndin mərkəzində yeni stadionun tikinti işlərinə başlamışıq. Qeyd olunan məsələ isə keçmiş Bələdiyyə sədri ilə əlaqədar ola bilər. Bu hadisə 2013-cü ildə baş verib və indi yəqin ki tərəflər arasında hansısa qarşıdurma olduğu üçün məsələ gündəmə gəlib”, – deyə N.Əhməd bildirib.
26 views