Sosialmedia.az xəbər verir ki , Patofiziologiyası hələ də tam olaraq aydınlaşmamış olan bu xəstəlikdə beyin damarlarında vazodilatasiya baş vermiş olsa da, buna səbəb mərkəzi neyrovaskulyar nəzarətin pozqunluğu hesab olunur. Xəstəliyin klinikası və diaqnozu Miqren təkrari baş ağrısı tutmalarıyla xarakterizə olunur ki, diaqnozu ancaq kliniki müayinəyə və xəstənin şikayətlərinə əsasən qoyulur. Ağrıdan öncə prodromal və miqren aurası ola bilər. Ağrılar adətən 4-72 saat davam edə bilər. 72 saat-dan artıq davam edən baş ağrıları artıq miqrenoz status deyə adlandırılır. Tipik baş ağrıları orta dərəcədə və ya şiddətli olur. Miqren baş ağrıları zoqquldayıcı, fiziki aktivliklə artan, işığa və səsə həssas olması ilə xarakterizə olunur. Ağrılar zamanı ürəkbulanma və qusma da müşayiət oluna bilər, ağrılar əsasən birtərəfli, bəzən ikitərəfli olur. Baş ağrıları olan zamanı aşağıdakı üç klinik simptomdan ikisinin olması ilkin olaraq miqreni düşündürür. baş ağrısı ürək bulanma fotofobiya Miqren ağrısı keçdikdən sonra xəstələr özlərini çox vaxt halsız və yorğun hiss edirlər ki, bu postdromal dövr adlanır.
Miqrenin differensial diaqnozu Baş ağrısı olan xəstədə ilkin olaraq ikincili baş ağrıları differensasiya olunmalıdır. (temporal arterit, vertebral və karotid arteriya xəstəlikləri, göz xəstəliklərinə bağlı baş ağrıları, sinusit, arterial hipertenziya, beyin qanamaları, venoz sinus trombozu və s.) Miqren baş ağrıları ikincili olaraq qan təzyiqini artıra biləcəklərindən çox zaman bu xəstələr arterial hipertoniya ilə də qarışıq salınır. Bu halda adətən orta dərəcədə hipertenziya olur. Belə xəstələrə ilkin olaraq analgetik dərman təyin edilməklə baş ağrısı kontrol altına alındıqdan sonra qan təzyiqi təkrar ölçülməlidir. Miqrenin müalicəsi kəskin miqren atakı dövrü və profilaktik müalicəni əhatə etməkdədir Ay ərzində dörd dəfəyə qədər olan miqren baş ağrıları ancaq atak dövrü müalicəsi aparılır. Əgər ataklar ay ərzində 4 və daha artıq dəfələr narahat edirsə, miqrenin profilaktik müalicəsi aparılmalıdır. Miqreni olan xəstə günlük rejiminə, stresin olmaması, normal yuxuya xüsusilə diqqət etməlidir. Ağrıkəsicilərin kontrolsuz istifadəsi də miqreni ağırlaşdıran səbəblərdəndir. Ay ərzində on dəfədən artıq qəbul edilmiş ağrıkəsicilər baş ağrılarını daha da ağırlaşdırır.
830 views