Sumqayıt” futbolçusu Moldovada təlim-məşq toplanışında olacaq

Sumqayıt” futbolçusu Moldovada təlim-məşq toplanışında iştirak edəcək.

Sosialmedia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşadək qızlardan ibarət Azərbaycan millisi sentyabrın 14-dək Bakıda, daha sonra isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.

U-19 Kişineu toplanışı çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Milliyə dəvət olunan futbolçular arasında “Sumqayıt” futbol komandasından Mədinə Qədiməliyeva var.

28 views