Sosialmedia.az

Böyük şəhərə yaraşmayan kiçik avtobuslar

Sumqayıtda ictimai nəqliyyat problemi gündəmdən düşmür.

Sosialmedia.az xəbər verir ki, şəhərdə fəaliyyət göstərən 6 nömrəli marşrut xəttində ciddi çatışmazlıqlar var. Hazırda bu xətt üzrə kiçiktutumlu “Karsan” avtobusları hərəkət edir ki, bu da sərnişin sıxlığına yol açır.

Xüsusilə bulvar ətrafındakı binalarda əhalinin sayı günü-gündən artır və bu avtobuslar insanların tələbatını tam şəkildə ödəyə bilmir.

Sakinlər vəziyyətdən narazılıqlarını belə ifadə ediblər:

“Avtobuslarda ayaq atmağa yer qalmır, ancaq sürücülər sərnişin götürməyə davam edirlər. Ya avtobusların sayı artırılmalıdır, ya da böyük tutumlu nəqliyyat vasitələri xəttə buraxılmalıdır”.

Qeyd edək ki, bir neçə gündən sonra məktəb və universitetlərdə tədris başlayır. Bu isə avtobuslarda sərnişin sıxlığının daha da artacağı anlamına gəlir.

30 views