AFFA rəhbərliyi millimizin dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ukrayna ilə heç-heçə (1:1) etməsinə biganə qalmayıb.
Sosialmedia.az -ın məlumatına görə, yığmanın futbolçuları bu nəticə üçün pul mükafatı alacaqlar. Rəhbərlik bu matçda meydana əsas heyətdə çıxan oyunçuların hər birinə 25 min manat mükafat ayırıb.
Qarşılaşmaya sonradan daxil olan futbolçular bu məbləğin 75%-ni (18.750 manat), görüşü ehtiyatdan izləyənlər isə 50%-ni (12.500 manat) alacaqlar.
29 views