Sumqayıtda sahilyanı ərazidə təmizlik

Sumqayıtda sahilyanı ərazidə təmizlik aksiyası təşkil olunub.

Sosialmedia.az xəbər verir ki, “Xəzəri qoruyaq!” devizi altında növbəti sahilyanı təmizlik aksiyası Xəzər dənizinin Sumqayıt sahilində təşkil olunub.

Aksiya çərçivəsində könüllülərin iştirakı ilə ümumilikdə 350 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.

Təmizlik aksiyasının keçirilməsində məqsəd əhalinin tullantıların düzgün idarə olunması sahəsində maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

24 views