Sosialmedia. az xəbər verir ki , avqust ayının 14-də Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib.
Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində gənc əsgərlərin hərbi andı qəbul edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini xüsusi vurğulamışlar.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin nümunəvi hərbi qulluqçu kimi Hərbi Anda və dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Müzəffər Ali Baş Komandana daim sadiq qalacaqlarına, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətən sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.
Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə andiçmə mərasimləri başa çatıb.
Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
600 views