Şuşa şəhərindən məcburi köçkün Əliyev Rəvan Vəliyəddin oğlu işğaldan azad edilmiş doğma torpağına geri dönmək istəyir.
Bünün üçün Şuşaya ilk köçün başladığı dövrdən etibarən əlaqədar qurumlara müraciət etsə də, hələlik nəticəsi olmayıb.
Sosialmedia. az “Cebheinfo.az”a istinadən bildirib ki, 1999-cu ildə dünyaya gəlib, məcburi köçkün düşmüş ailəsi Cəlilabad şəhərində məskunlaşıb. Ailəlidir, 1 övladı var. Atası Əliyev Vəliyəddin Bəşir oğlu 1962-ci ildə sentyabrın 5-də Şuşa şəhərində Sadıqcan küçəsində anadan olub, təhsilini bitirdikdən sonra polis bölməsində işləyib, işğala qədər Şuşada yaşayıb.
2021-ci ildə koronavirusdan vəfat edib. Anası Əliyeva Rəna Tərlan gızı 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. Məcburi köçkünlük dönəmində ailə Cəlilabbada məskunlaşmağa məcbur qalıb. Anası hazırda Cəlilababda Mərkəzi Xəstəxanada tibb bacısı işləyir.
Həyat yoldaşı Əliyeva Nərminə də Şuşa sakinidir, 2001-ci ildə dünyaya gəlib:
“1992-ci ildə mayın 8-də Şuşa ermənilər tərəfindən işğal olunanda müəllim işləmiş babam Əliyev Bəşir və atam, polis əməkdaşı olmuş Əliyev Vəliyəddin ailə üzvlərini götürərək Cəlilabad rayonunda məskunlaşmağa məcbur olublar. 2020-ci ildə Şuşa düşmən işğalından azad olunanda doğma şəhərimizə köçürüləcəyimizi düşünürdük. Amma ötən müddət ərzində köçürülməyimizlə bağlı məsələ həllini tapmayıb”.
O bildirib ki, bu müddətdə atası koronavirusdan vəfat edib. Şəxsən tanıdığı ailələrdən bəziləri artıq Şuşaya köçürülüblər, amma onların köçürülməsi bütün müraciətlərinə baxmayaraq, hələ də mümkün olmayıb:
“Şuşaya köçürülməyimizlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə, eləcə də sədr müavini Sabir Əhmədova müraciət etsəm də, Şuşada evlə təminatımız hələ də baş tutmayıb”.
O qeyd edib ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimova, eləcə də ərazidən parlament seçkisində iştirak edəcək namizədlərə də müraciət edib:
“Digər aidiyyəti qurumlar hər dəfəsində müxtəlif bəhanlərlə işi yubadırlar. Şuşaya qayıtmağımızı həm dədə-baba torpağına geridönüş, yaşayış şəraitimizin yaxşılaşması, həm də Vətən həsrəti ilə vəfat edən atamın ruhunun şad olması demək olar. Amma təəssüf ki, bizim bu hüququmuz hələ də bərpa olunmur və buna görə biz məntiqli bir səbəb də göstərmirlər. Müraciətlərimizə cavab ala bilmirik. İşğaldan azad edilmiş dədə-baba torpağımızda yaşamaq bizim də haqqımızdır. Bizi bu haqdan kimin nə məqsədlə məhrum etməyə çalışdığını bilmirəm”.
517 views