Əlilliyi olan gənclər üçün peşə kursları və sərgi layihəsinə star verildi

“Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2024-cü il tarixindən “Əlilliyi olan gənclər üçün peşə kursları və sərgi” adlı layihənin icrasına başlayır.

Bu bard Sosialmedia.az -a  layihə rəhbəri Səbinə Kərimova məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Sumqayıt şəhərində əlilliyi olan gənclər arasında işssizlik səviyyəsini azaltmaq və əlilliyi olan şəxsləri peşə kurslarına cəlb etməklə bilik və bacarıqlarını artırmaqdır.

Çünki əlilliyi olan şəxslərin təhsilə cəlb olunmasında problemlər həmişə özünü göstərir. Bu da öz növbəsində gələcəkdə onların iş tapması demək olar ki, mümüknsüz edir. Bunun üçün biz onları peşə təhsilinə cəlb edərək,işlə təminatına dəstək verməcəyik.Layihənin əsas məqsədlərindəndə biri də peşə təhsilinə yiyələnmiş əllilliyi olan şəxslərin işlə təmin edilməsinə köməklik göstərərək,onların cəmiyyətə inteqrasiya edilməsinə dəstək olmaqdır.

Layihə Sumqayıt şəhərində 15 nəfər əlilliyi olan şəxsləri peşə kursuna cəlb edərək 2 ay müddətində onlara iki sahə üzrə yeni nəsil kompüter proqramlarını və dekorativ tətbiqi sənət üzrə bilik və bacarıqlarını artırılmasına dəstək veriləcək.. Layihənin sonunda Sumqayıt şəhərində dekorativ tətbiqi sənət üzrə kurs keçən əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunacaq. Layihənin 3 ay müddətində Sumqayıt şəhərində icrası nəzərdə tutulub.

50 views