Dalaq Olmadan Yaşamaq Olar?-Özəl

Sosialmedia.az xəbər verir ki , dalaq, orqanizmdəki zəifləmiş qan hüceyrələrini yox edib, yerinə təzə qırmızı qan hüceyrələri istehsal edən və immunitetin güclənməsinə təsir göstərən daxili orqandır. Dalaq qarın boşluğunda sol tərəfdə, mədə ilə qabırğanın arasında yerləşir.

Dalaq xəstələnəndə qan azlığı, halsızlıq, həddindən artıq tərləmə, qarında şişlik, tez yorulma, nəfəs almada çətinlik, sol tərəfdə alt qabırğanın altında hiss edilən ağrı kimi narahatlıqlar hiss edirik.

Lakin dalaqsız da yaşamaq mümkündür.  Amma, immunitet aşağı düşdüyü və orqanizm infeksiyalara qarşı həssas olduğuna görə daha tez xəstələnə bilərik. Dalaq olmadığı halda xüsusi peyvəndlər mütləq vurdurmaq lazımdır ki, bizi xəstəliklərdən qorusun.

492 views