Sumqayıtda əlilliyi olan gənclər üçün təşkil olunan kurslar uğurla davam edir-FOTOLAR

“Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi  Azərbaycan Respublikası Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2024-cü il tarixindən start götürən  “Əlilliyi olan gənclər üçün peşə kursları və sərgi” adlı layihənin icrası uğurla davam etdirilir.

Bu barədə lSosialmedia.az -a ayihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə layihəyə nəzərdə tutulanlardan daha çox müraciət olunub və biz istisna halları nəzərə alaraq, əlavə müraciət edənlərə kurslarımızdan yararlanmaları üçün şərait yaratmışıq. Hər iki istiqamətdə kurslarımız uğurla davam etdirilir. 15 nəfərin qatılacaqı kurslara 20 dən çox gənc, yeniyetmə və hətta orta yaşlılar qatılıb. Onlar həftədə hər kurs üzrə iki dəfə hər dərs 2 saat olmaqla, komputer (yeni nəsil proqramlar) və dekorativ-tətbiqi sənət öyrənirlər. Kömputer üzrə mütəxəsis təlimçi Ramil Süleymanov, Dekorativ-Tətbiqi sənət üzrə mütəxəsis təlimçi Samirə Bayramova əlilliyi olan gənclərə öncədən hazırlanmış proqram üzrə təlimlər keçirlər. Sonda davamiyyət göstərən gənclər təşkilat tərəfindən sertifikatla təltif olunacaqlar.

 

Ümumilikdə layihəmizin  əsas məqsədi Sumqayıt şəhərində əlilliyi olan gənclər arasında işssizlik səviyyəsini azaltmaq və əlilliyi olan şəxsləri peşə kurslarına cəlb etməklə bilik və bacarıqlarını artırmaqdır.

 

Çünki əlilliyi olan şəxslərin təhsilə cəlb olunmasında problemlər həmişə özünü göstərir.  Bu  da öz növbəsində gələcəkdə onların iş tapması demək olar ki, mümüknsüz edir. Bunun üçün biz onları peşə təhsilinə cəlb edərək,işlə təminatına dəstək verməcəyik.Layihənin əsas məqsədlərindən biri də  peşə təhsilinə yiyələnmiş əllilliyi olan şəxslərin işlə təmin edilməsinə köməklik göstərərək,onların cəmiyyətə inteqrasiya edilməsinə dəstək olmaqdır.

 

Layihənin sonunda Sumqayıt şəhərində  dekorativ tətbiqi sənət üzrə kurs keçən əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunacaq.

4868 views