Əlilliyi olan şəxslərin seçkilərdə iştirakı: Səbinə Kərimovanın AÇIQLAMALARI-Özəl

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova ilk növbədə, QHT-lərin seçki ilə bağlı əlilliyi olan şəxsləri maarifləndirdiyini və onlara seçkilərdə iştirak barədə dolğun məlumat verdiyini qeyd edib. Bu məlumatlandırma sayəsində əlilliyi olan şəxslərin seçkilərdə könüllü şəkildə iştirak etməsi təşviq olunur.

 

Sosialmedia.az-a  açıqlama verən Səbinə Kərimova bildirib ki, əlilliyi olan şəxslərin seçki prosesinə tam inteqrasiya olunmalarını təmin etmək məqsədilə, QHT-lər qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadə edərək seçki dairələrinə və məntəqələrə müraciət edir: “Bu müraciətlərdə, əlilliyi olan şəxslərin seçki məntəqələrində iştirakını asanlaşdırmaq üçün şərait yaradılması tələb olunur və həmin ərazilərdə yaşayan əlilliyi olan şəxslərin siyahısı təqdim edilir”.

 

QHT sədri, əlilliyi olan şəxslərin evlərinə seçki qutularının göndərilməsi ilə bağlı müraciətlər etdiklərini, lakin seçki məntəqələrində əlilliyi olan şəxslərin rahat şəkildə səs verməsi üçün əlavə şəraitin yaradılmasını çox istədiklərini vurğulayıb.

 

Qeyd edək ki, Səbinə Kərimovanın açıqlamaları, əlilliyi olan şəxslərin seçki prosesində iştirakının artırılması və onların hüquqlarının qorunması istiqamətində atılan addımları işıqlandırır

555 views