Sosialmedia.az xəbər verir ki , 2024-cü il sentyabrın 1-də keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Allahverənovun Zabrat qəsəbəsində yaşayan seçicilərlə məhəllədaxili görüşü baş tutub.
QHT.az xəbər verir ki, görüş zamanı qəsəbə sakinləri yaşadıqları ərazilərdə onları narahat edən məsələlər barədə danışaraq, həmin problemlərin həlli ilə bağlı müraciətlərini deputatlığa namizədə çatdırıblar. Onlar əsasən sosial məsələlər, infrastruktur, məişət şəraiti və digər gündəlik narahatlıqlarını dilə gətiriblər.
Azər Allahverənov, sakinləri diqqətlə dinləyərək, onların problemlərini Milli Məclisdə qaldıracağını və bu məsələlərin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə edəcəyini bildirib. O, həmçinin sakinlərin rifahının yaxşılaşdırılması və bölgənin inkişafı ilə bağlı müxtəlif layihələr üzərində çalışacağını vəd edib. Görüş, namizədin seçki platforması haqqında daha ətraflı məlumat verməsi və seçicilərin dəstəyini qazanmaq üçün onların suallarını cavablandırması ilə yekunlaşıb.
381 views