Sosialmedia.az xəbər verir ki , qatıq səhərdən axşama qədər günün hər saatında yeyilə biləcək möcüzəvi qidadır. Qatıq suyu ilə birlikdə yeyilməlidir. Süzülmüş qatıqda “B” vitamini qalmır. Çünki vitaminlər həmişə qatığın suyunda olur.
Səhər nahardan sonra yeyilən qatıq həzmi asanlaşdırıb, bağırsaqların fəaliyyətinə kömək edir. Ancaq mədəsi çox həssas olanlara, onikibarmaq bağırsaq xorası olanlara pis təsir edir. Qatıq xəstələr və zəif olanlar üçün süddən daha yüngül həzmi asan qidalardandır .
Eyni zamanda bağırsaqlarda olan təhlükəli və zərərli mikrobların çoxalmalarına və hətta yaşamalarına mane olur. Vərəmli xəstələrə antibiotik təsiri göstərir. Qatıq eyni zamanda yoluxucu xəstəliklərin müalicəsində də olduqca əhəmiyyətə malikdir. Bundan başqa, üzə çəkilərsə dərini canlandırar. Rahat bir yuxu üçün də qatıq yeyə bilərsiniz.
497 views