Miqrasiya Əməkdaşlıq Platformasının təsis edilməsindən bir il keçir: Azər Allahverənovun açıqlamaları-Özəl

Milli Məclisin deputatı və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov sosialmedia.az -a  bildirib ki, bu gün Platformanın təsis edilməsindən bir il ötür. O, qeyd edib ki, Platforma miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə yaradılıb.

Azər Allahverənov vurğulayıb ki, Platformanın məqsədi dövlət siyasətinə dəstək olmaqdır. “Miqrasiya fenomeninin müxtəlif istiqamətləri üzrə aktual məsələləri dəyərləndirir, ictimaiyyət arasında bu məsələlərin mahiyyəti barədə məlumat formalaşdırır və həlli üçün təkliflər paketi hazırlayaraq aidiyyəti üzrə təqdim edir,” – deyə o qeyd edib.

 

Koalisiya şəklində fəaliyyət göstərən Platforma, onu təsis edən vətəndaş cəmiyyəti institutlarından ibarət olan Əlaqələndirmə Mərkəzi vasitəsilə öz fəaliyyətini həyata keçirir. Azər Allahverənov, şəffaflıq, tərəfdaşlıq, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında işlədiklərini vurğulayaraq, “Platforma gündəlik işini onun tərkibində yaradılmış işçi qruplar vasitəsilə icra edir,” – dedi.

 

O, əmək miqrasiyası, əcnəbilərin inteqrasiyası, diaspora fəaliyyəti, əcnəbilərin təhsil və səhiyyə məsələləri ilə məşğul olan işçi qruplarının fəaliyyətini xüsusilə qeyd edib. “Bir il ərzində yüzlərlə əcnəbi və vətəndaşlığı olmayan şəxs Platformanın xidmətlərindən yararlanıb və zəruri tövsiyə və məsələhətlə təmin olunub,” – deyə Azər Allahverənov əlavə etdi.

Bütövlükdə, Platformanın məqsəd və vəzifələri ətrafında səylərin səfərbər olunmasında maraqlı olan tərəflər, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və özəl sektorda təmsil olunan tərəfdaşlarla əməkdaşlıq edir. Bu istiqamətdə keçirilən görüşlər, seminarlar və digər formatlı tədbirlər, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və beynəlxalq təşkilatların təmsilçiləri ilə əlaqələri gücləndirir.

 

Azər Allahverənov, “Miqrasiya Əməkdaşlıq Platforması, miqrasiya sahəsindəki məsələlərin həlli üçün lazımi tədbirləri görməyə davam edəcək,” – deyərək gələcək planlarını da açıqlayıb.

216 views