Sosialmedia.az xəbər verir ki , 1 noyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Görüş iştirakçılarını salamlayan sədr müavini Sədaqət Qəhrəmanova, Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb, həmçinin dövlət qurumlarının qeyri-hökumət təşkilatları ilə birgə cəmiyyətdə mövcud problemlərin həll edilməsində mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb.
S.Qəhrəmanova Dövlət Komitəsi yanında İctimai şuranın ötən dövr ərzindəki fəaliyyətini müsbət qiymətləndirib, qarşılıqlı əməkdaşlığın davamlı olacağını vurğulayıb.
İctimai şuranın sədri Fariz Əkbərov Fəaliyyət Planı çərçivəsində Şura tərəfindən görülmüş işləri diqqətə çatdırıb, hazırda icra prosesində olan tədbirlər haqqında danışıb.
Daha sonra görüş iştirakçıları həyata keçirilən layihələr barədə məlumat veriblər. Çıxış edənlər fəaliyyətin daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə təkliflərini səsləndiriblər.
Görüş müzakirələrlə davam edib.
485 views