Braziliyanın vitse-prezidenti: COP29 sammiti yüksək səviyyədə təşkil olunub
Bakıda COP29 sammiti yüksək səviyyədə təşkil olunub və Braziliya növbəti COP30 sammitində Azərbaycanın təcrübəsindən faydalanacaq.
Sosialmedia.az xəbər verir ki , bu barədə Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin deyib. O qeyd edib ki, COP30 sammitində COP29-da müzakirə edilən əsas məsələlər yenidən gündəmə gətiriləcək və daha da təkmilləşdiriləcək. Vitse-prezidentin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti gələcək tədbirlər üçün nümunə olacaq.
229 views