Komaya düşən 20 yaşlı gənc öldü-Özəl

Sosialmedia. az xəbər verir ki , Yevlaxda avtomobilin vuraraq komaya saldığı gənc dünyasını dəyişib.

Məlumatagörə, hadisə fevralın 8-də Ərəş kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini Hidayət Bəhrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü kənd sakini Soltanov Ələmdar Elgün oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ə.Soltanov reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ölən gənc hərbi xidmətini başa vuraraq evə yeni qayıdıbmış.

Faktla bağlı araşdırma aparılır.

180 views