Sosialmedia. az xəbər verir ki , fevralın 17-də respublikanın əhəmiyyətli avtomobil yollarının keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsinin 500 metrədək məhdudlaşacağı ehtimalı var.
Bu halda, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmalı, məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər.
Piyadalar isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda diqqətli olmalıdırlar.
163 views