Sosialmedia.az xəbər verir ki, “Putin təkcə Ukraynanı düşünmür” NBC telekanalına müsahibəsində Vladimir Zelenski Rusiyanın NATO-ya qarşı müharibəyə başlaya biləcəyini bildirib.
Prezident Ukrayna kəşfiyyatına istinadən bildirib ki, Rusiya Belarusda 150 min əsgəri üçün təlimlər hazırlayır – bu məlumatı müttəfiqləri ilə bölüşüb.
Zelenski hesab edir ki, “Putin dünyaya sadəcə bunların təlimlər olduğunu göstərmək istəyir”, amma əslində Ukraynaya genişmiqyaslı işğal da bu cür “simvolik təlimlər”lə başlayıb. Onun fikrincə, Litva və Polşa Rusiyanın növbəti hədəfləri ola bilər.
“Biz sadəcə olaraq paylaşırıq ki, [işğalın] yüksək riski var. Allah qoysa, olmayacaq. Bəlkə bundan əvvəl Tramp və müttəfiqlərimiz Putini dayandıracaqlar. Amma biz hazırlaşmalıyıq ki, sürpriz olmasın, Putin üç il əvvəlki kimi geri qayıtmasın”, – Zelenski bildirib.
151 views