Dövlət Sərhəd Xidmətində gənc sərhədçilərin andiçmə mərasimi keçirilib-Özəl

Sosialmedia.az xəbər verir ki , fevralın 21-də Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimdə Döyüş bayrağı sıra meydanına gətirilib, dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi yad edilib.

Gənc sərhədçilər vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, sərhədlərin toxunulmazlığını qoruyacaqlarına and içiblər. Çıxış edənlər sərhədçilərin şanlı döyüş yolundan, Vətən müharibəsindəki qələbədən və sərhədlərin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Valideynlər övladlarının bu şərəfli xidmətdə olmasından qürur duyduqlarını bildiriblər. Sonda təntənəli keçid olub və xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

55 views