Donald Tramp Rusiyanın nadir torpaq metal ehtiyatlarına maraq göstərir-Özəl

Sosialmedia.az xəbər verir ki , daha əvvəl Tramp qeyd etmişdi ki, o, Putinlə təkcə Ukraynada müharibənin dayandırılması ilə bağlı deyil, həm də iqtisadi tərəfdaşlıq haqqında “ciddi müzakirələr aparır”.

“Onların nadir torpaq metallarının böyük ehtiyatları var. Sahəyə görə ən böyük ölkədir. Onların istifadə edə biləcəyimiz çox qiymətli resursları var və bizdə onların istifadə edə biləcəyi şeylər var. Bunu reallaşdıra bilsək, çox yaxşı olardı. Dünyada davamlı sülh üçün çox yaxşıdır”, – Tramp Truth Social-da yazıb.

Bu arada Rusiya təbliğat mediası yazır ki, Putin ABŞ prezidentinin sözlərindən sonra nadir torpaq metalları sənayesinin inkişafı ilə bağlı iclas keçirir.

150 views