Sabunçu Vağzalında acınacaqlı vəziyyət-Özəl

Sosialmedia.az xəbər verir ki, İntensiv yağan yağışlara görə Sabunçu vağzalının önü gölməçəyə dönüb.

Nəticədə, piyadaların gediş-gəlişində, nəqliyyatın hərəkətində problemlər yaranıb.

“Vəziyyətə görə səhərdən evə çörək ala bilmirəm”, – sakinlərdən biri deyib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazinin sulardan təmizlənməsi işləri həyata keçirilir.

74 views