Dövlət dəstəyi ilə güclənən vətəndaş cəmiyyəti -Cəsarət Hüseynzadə

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasından 4 il ötür.

Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinə və ictimai nəzarətə verdiyi xüsusi önəm nəticəsində biz – QHT nümayəndələri – müxtəlif milli maraqlar başda olmaqla, vətəndaş cəmiyyətinin daha layiqli və təsirli təmsilçiləri olmaq üçün daim çalışırıq.

Şübhəsiz ki, bu yolda dövlətin dəstəyi mühüm əhəmiyyət daşıyır. Hər bir nüfuzlu QHT rəhbəri arxasında dövlətin dayandığını hiss etməli, sözü və fəaliyyəti ilə daha böyük işlərə imza atmalıdır.

Uzun illərdir dövlət dəstəyi QHT-lərə münasibətdə sistemli yanaşmanı təmin edən konsepsiya çərçivəsində həyata keçirilir.

QHT.az-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki,  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi son 4 ildə mövcud imkanlar daxilində daha səmərəli fəaliyyət göstərməyə, real nəticələrə nail olmağa çalışıb. Eyni zamanda həm QHT-lərə maddi və təşkilati dəstək verib, həm də ölkəmizin milli maraqlarını qoruyan paralel bir siyasət yürüdüb.

Onun sözlərinə görə, bu müddətdə bir sıra mühüm dəyişikliklərə imza atılıb, beynəlxalq platformalarda Azərbaycan QHT-lərinin təmsilçiliyi əhəmiyyətli dərəcədə genişlənib, nüfuzlu təşəbbüslərlə çıxışlar edilib. Uzun müddət çıxılmaz vəziyyətdə qalan orta və iri həcmli qrant layihələrinin maliyyələşməsi məsələsi öz həllini tapıb.

Cəsarət Hüseynzadə qeyd edib ki, bundan sonra QHT-lərin peşəkarlığının artırılması istiqamətində ciddi addımlar atılıb, təlimlər təşkil olunub, institusional inkişaf üçün müxtəlif dəstək mexanizmləri həyata keçirilib. Eyni zamanda QHT sektorunun ümumi dizaynının, imicinin və ictimai etimadının müsbət yöndə formalaşmasına yönəlik təşəbbüslər bu mərhələdə xüsusi önəm daşıyıb.

Sonda o vurğulayıb ki, qarşıda daha geniş fəaliyyət imkanları, eləcə də yeni çağırışlar və vəzifələr dayanır və bu baxımdan dövlət-QHT tərəfdaşlığının möhkəmlənməsi strateji əhəmiyyət kəsb edir.

44 views