1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü olaraq dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də geniş qeyd edilir.
Ümummilli lider Heydər Əliyev demişdir.Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, Ölkəmizin, Millətimizin, Dövlətimizin sabahı bundan aslı olacaqdır”
27may 2025-ci il Tarixində ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə yaradılan Samux Rayon üzrə Günərzi-Qayğı Mərkəzindədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə tədbir təşkil olundu.
Təbirdə Dövlət himni səsləndirildi və Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq bir dəqqəlik sükutla yad olundu.Daha sonra tədbiri giriş sözü ilə açan Samux Rayon Günərzi Qayğı Mərkəzinin layihə rəhbəri Qubad Qasımov bildirdi ki,1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bu isə təsadüfi deyil, çünki bütün dövrlərdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması cəmiyyətin ən aktual məsələlərindən olmuşdur,Qubad müəllim onuda qeyd etdiki,Sosial Xidmətlər Agentliyinin sifarişi ilə bölgələrimizidə 30-dan cox Günərzi-Qaygı mərkəzləri yaradılıb və mu mərkəzlərdə 900 nəfərdən cox sosial təbəqədən olan ailələrin uşaqları və 18 yaşadək əlilliyi müəyyən olunmuş şəxslərə gün ərzində xidmət görsədilir,burdada Dövlətimizin əsas məqsədi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir ki,bu kimi “Günərzi-Qaygı ” mərkəzləri xidmət göstərir.
Tədbirdə iştrak edən Samux Rayon İcra Hakimiyyətinin müavini Kəmalə Xəlilova,SXA-nin Samux rayon filalının əməkdaşları Ceyhun Həsənov və Zeynəb Rüstəmova,Gənclər və İdman nazirliyinin Samux Rayon üzrə sektor midri Rasim İmamquluyev,Samux rayon Mərkəzi xəstəxanasının ASM-şövbəsinin pediatrı Əsədova Sünbül həkim,Qarabağ Əlilləri,Vetranları və Şəhid Ailələri İ.B-nin Sanux rayon şövbəsinin sədri Mirzə Orucov cıxış edərək bildirdilərki Ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsini davamlılığı, onun məzmununun zənginləşdirilməsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır.
Ulu öndərin davamçısı Alibaş komandan,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamış, 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunmuş, hər il uşaqlarla bağlı müxtəlif layihələr həyata keçirilərək onların sağlamlığının qayğısına önəm verilərək, təhsil almaları üçün hər cür addım atılır.
Tədbirə rəngarəglik qatan uşaqların şerləri,rəksləri, Klon,Maşa-Medved şən əyləncəli proqramlar mərkəz benefsiarlarının marağına səbəb oldu
Sonda mərkəzin rəhbəri tərəfindən uşaqlara hədiyyələr təqdim edilərək tort kəsildi.
İstedadlı Əlillər İctimai Birliyinin Sədri.Qubad Qasımov