İyun ayı bitir, Sumqayıt avtobuslarında isə kondisionerlər hələ də qoşulmur.
Bu barədə Sosialmedia.az sakinlərdən çox sayda şikayətlər daxil olur. Narazı vətəndaşlar bildirirlər ki, şəhərdə fəaliyyət göstərən bir neçə marşrut xəttinin avtobusları yenilənsə də, vəziyyət dəyişməz olaraq qalır.
“Sovet illərindən qalan 17 və 18 nömrəli “Paz” avtobuslarından tutmuş yeni, innovativ kimi təqdim edilən “AKİA”lara kimi, heç birində kondisioner qoşulmur. İndi gəlib deyəcəklər ki, havalar sərin keçir, amma yox, temperatur 30 dərəcəni keçəndə, sərnişinlər bir birinin “üstünə” minəndə, tər su yerinə axanda da heç bir marşrut xəttində kondisionerlər işləmirdi. Yəni, bunda da simiclik etməyə nə gərək var?!”, – deyə sakinlər vurğulayıblar.
19 views