Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin dəstəyi ilə “Gənclər Paytaxtı Sumqayıt – 2025” ili çərçivəsində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Gənclər Paytaxtında Birlikdə!” adlı inklüziv gənclik festivalı keçirilib.
Sosialmedia.az xəbər verir ki, tədbir 12 avqust 2025-ci il tarixində Sumqayıt şəhərində baş tutub. Festivalda müxtəlif fəaliyyətlər – yoga, fiqur boyama, voleybol, şahmat, dama və əyləncəli oyunlar təşkil olunub. Gənclər bu fəaliyyətlərdə fəal iştirak ediblər.
Festivalın məqsədi gənclər arasında inklüziv dəyərlərin təbliği və sosial inteqrasiyanın gücləndirilməsi olub. Tədbir zamanı əlilliyi olan gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Eyni zamanda bilik yarışı və müxtəlif müsabiqələr keçirilib.
Yarışların qalibləri fəxri fərman və hədiyyələrlə təltif olunublar. Festival gənclər arasında həmrəylik, birgə fəaliyyət və sosial fəallığın artmasına töhfə verib.
Beynəlxalq Gənclər Günü münasibətilə keçirilən bu tədbir həm sosial, həm də mədəni əhəmiyyət daşıyır. Gənclərin bacarıqları və yaradıcılığı ön plana çıxarılıb.
Əlili Yusif
1257 views























