ƏSMİD ailəsində ağır itki

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin fəal üzvü və Mətbuat Xidmətinin rəhbəri, Sosialmedia.az saytının redaktoru, QHT.az saytının admini olan dəyərli ictimai fəal Nərmin Mərdanova bu gün dünyasını dəyişib.

Sosialmedia.az xəbər verir ki, bu barədə məlumat ƏSMİD İctimai Birliyinin rəsmi səhifəsində yer alıb.

Məlumatda qeyd olunur ki, Nərmin Mərdanova uzun illər ərzində vətəndaş cəmiyyəti sektorunda yorulmadan fəaliyyət göstərmiş, xüsusilə də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, cəmiyyətə inteqrasiyası və informasiya təminatında müstəsna rol oynamışdır.O, həm peşəkar fəaliyyəti, həm də insani keyfiyyətləri ilə hər kəsin hörmətini qazanmış, əlilliyi olan şəxslərin səsinin eşidilməsi üçün yorulmadan çalışmışdı.

Həyatın ağır sınaqlarına rəğmən, yaşamağı seçən, işıqlı bir insan idi…
Onun itkisi bizim üçün böyük üzüntüdür.

Bu çətin gündə mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik.

Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.

 

199 views