Sosialmedia.az

Azərbaycan Para Taekvando millisinin uğurlarının arxasında duran insan – Fərid Tağızadə

 

Azərbaycan Para Taekvando millisinin baş məşqçisi Fərid Tağızadə, 2018-ci ildən bu günə qədər qazandırdığı beynəlxalq uğurlarla həm idman tariximizə adını yazdırıb, həm də yetişdirdiyi çempionlarla gənc idmançılara örnək olub.

10 sentyabr 2018-ci ildən milli komandanın sükanı arxasında olan Fərid müəllim, bu illər ərzində təkcə medallar qazandırmaqla kifayətlənməyib, həm də idmançılara ruh, motivasiya və insani dəyərlər aşılayıb.

Uğurla keçən illərin statistikası

2019

Afrika Para Taekvando Açıq Çempionatı – 4 medal

Türkiyə Dünya Çempionatı Turniri – Nicat Müslümov (Gümüş), Elimxan Manafov (Bürünc), Röyala Fətəliyeva (Bürünc)

2020-2022

İstanbul Dünya Çempionatı – 3 dəfə Bürünc (Sabir Zeynalov)

Mançester Dünya Çempionatı – Bürünc (Sabir Zeynalov)

2023

Rotterdam Avropa Paralimpiya Çempionatı – Qızıl (İmaməddin Xəlilov), Bürünc (Sabir Zeynalov, Amin Şıxəliyev)

Monarjis Avropa Açıq Çempionatı – Bürünc (Sabir Zeynalov)

2024

Ümumi: 11 medal (4 Qızıl, 3 Gümüş, 4 Bürünc)

Belqrad Avropa Çempionatı – Qızıl (İmaməddin Xəlilov)

Paralimpiyaya Oyunları – Qızıl (İmaməddin Xəlilov), Bürünc (Sabir Zeynalov)

2025

İstanbul Gənclər Turniri – Qızıl (Səmayə Həsənova, Sabir Zeynalov, Amin Əliyev, İmran Bağırov), Gümüş (Orxan Cəfərov), Bürünc (Ayxan Nuruyev)

Sadəliyi və səmimiyyəti ilə fərqlənir

Qazandığı saysız titullara baxmayaraq, Fərid Tağızadə hələ də eyni sadə və səmimi insandır. Onun rəhbərliyi ilə millimiz təkcə yarış meydanlarında deyil, həm də idman ruhu və komandabirliyi baxımından nümunə göstərir.

Azərbaycan Para Taekvando Federasiyası baş məşqçiyə və onun yetirmələrinə gələcək yarışlarda yeni uğurlar arzulayır.

Müəllif Ilham Məhərrəmov

335 views