Çikunqunya virusu Azərbaycanda yayılmayacaq – İnfeksionist

Dünyanın bəzi ölkələrində yeni virus olan çikunqunya xəstəliyinə yoluxma halları artmaqda davam edir.  Sosialmedia.az mətbuat.az a istinaden

İnfeksionist-həkim Mərdan Əliyev açıqlamasında bildirib ki, bu virus endemik bir xəstəlikdir, xüsusi bölgələrdə yayılıb.

O qeyd edib ki, dünyanın bəzi bölgələrində, xüsusən də Cənubi Amerikada, Asiyanın bəzi yerlərində, Şərqi Asiya, Hindistan və indi isə Çində yayılmalar müşahidə olunur:

“Azərbaycanda hazırda belə bir virusun yayılması ehtimalı yoxdur. Çünki bunun üçün xüsusi ağcaqanadlar olmalıdır. Ağcaqanadlar bu virusu dişləmə yolu ilə insana ötürür və onun yayılması üçün uyğun şərait olmalıdır: sular, subtropik mühit, nəmli iqlim”.

Həkim deyib ki, iqlim dəyişmələri mövcuddur və gələcəkdə bu mümkündür.

24 views